Hörmətli tədqiqatçılar, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) Azərbaycan sədrlik edəcək. Bu səbəbdən “Türk dünyasında Azərbaycan dili və Ədəbiyyatı Araşdırmaları” (24-25 oktyabr 2024) I Beynəlxalq Elmi Simpoziumunun vaxtı 5-6 dekabr 2024-cü il tarixinə dəyişdirilmişdir. Məlumatı nəzərə almağınızı xahiş edirik.
Qeyd: "Türk Dünyasında Azərbaycan Dili və Ədəbiyyatı Araşdırmaları" I beynəlxalq elmi simpoziumun xülasə qəbulu 15.09.2024-cü il tarixinədək uzadılmışdır.